17 C
Baku
Friday, April 19, 2024

AİB-in Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçiriləcək

2-5 may tarixlərində Bakı şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçiriləcək.

Asiya və Sakit Okean ölkələrində iqtisadi, maliyyə və sosial siyasətlər və proqramların formalaşdırılmasında mühüm rol oynayan, rəsmi və qeyri-rəsmi məsləhətləşmələrin aparıldığı, dünyanın maliyyə və biznes dairələrinin diqqət mərkəzində olan bu nüfuzlu toplantıya 3000-dən çox iştirakçının olacağı bildirilir.

O cümlədən üzv ölkələrdən maliyyə nazirləri və digər hökumət rəsmiləri, mərkəzi bank rəhbərləri, özəl sektor nümayəndələri, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alimlər, ekspertlər, gənclər və medianın qatılacağı gözlənilir.

Qeyd edək ki, 1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 22 dekabr 1999-cu ildə üzv qəbul olunub.

Son xəbərlər
Digər xəbərlər