AİF-də kənar audit aparacaq şirkətin adı məlum oldu

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti elan edib ki, 2017-ci il üçün maliyyə hesabatlarının auditinin keçirilməsi üzrə kənar auditorun seçilməsi ilə bağlı Xidmət təkliflərinin cəlb olunması başa çatıb.

Banker.az Fondun açıqlamasına istinadən xəbər verir ki, “Azərbaycan İpoteka Fondu” ASC satınalmanın qalibi olaraq “Baker Tilly Audit Azərbaycan” MMC  seçilib.

Məlumatda o da bildirilir ki, AİF ilə “Baker Tilly Audit Azərbaycan” MMC arasında 13 noyabr 2017-ci il tarixli AUD_051/17 nömrəli satınalma müqaviləsi bağlanmışdır.

📝 RƏY BİLDİR