“Azərbaycan Sənaye Sığorta”nın rəhbərliyində dəyişiklik olub

“Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) Direktorlar Şurasında dəyişiklik olub.

Şuranın üzvü İlker Nüsrət oğlu Hepçorman vəzifəsindən azad edilib.

Onu Rəşad Bayram oğlu Əhmədov əvəz edib.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb, 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Şirkətin səhmlərinin 75%-i “Anadolu İnvestment Kompani” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

📝 RƏY BİLDİR