25 C
Baku
Saturday, April 20, 2024

AİKZF-nin xətti ilə verilmiş ipoteka kreditlərinin 76%-i Bakının payına düşür

2018-ci il martın 31-nə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKZF) xətti ilə Bakıda yaşayan vətəndaşlara 16,527 min ipoteka krediti verilib. Bu barədə fonddan məlumat verilir.

31 mart 2018-ci il tarixinə AİKZF-nin xətti ilə 21,771 min, o cümlədən yanvar-mart aylarında 694 ipoteka krediti verilib. Beləliklə, fondun xətti ilə verilən bütün ipoteka kreditlərinin 75,9%-i Bakının payına düşüb.

Martın 31-nə Sumqayıtda 2,206 min, Abşeron rayonunda (Xırdalan) 1,492, Gəncədə 803, Naxçıvanda 246 ipoteka krediti verilib, qalan kreditlər respublikanın digər şəhərlərinin payına düşüb.

Fondun məlumatına əsasən, aprelin 1-nə AİKZF-nin agent bankları tərəfindən 986 mln. manat məbləğində kredit, o cümlədən 697 mln. manat məbləğində kommersiya şərtləri ilə ipoteka krediti 289 mln. manat məbləğində isə sosial ipoteka üzrə kredit təkrar maliyyələşdirilib.

18-29 yaş arasında olan (bütün ipoteka kreditlərinin 36%-i), 30-35 yaş arasında olan (34%) və 36 yaşdan yuxarı şəxslər (30%) daha çox ipoteka krediti götürür.

Verilmiş ipoteka kreditlərinin 93,5%-i çoxmərtəbəli binalarda mənzil alınması, 6,5%-i fərdi evlərin alınması ilə bağlı olub. Bununla yanaşı, ipoteka kreditlərinin 34,4%-i 41-60 kvadratmetr sahəsi olan mənzillərin, 31%-i 61-80 kvadratmetr sahəsi olan mənzillərin, 15%-i 81-100 kvadratmetr sahəsi olan mənzillərin, qalanı isə digər sahələrə malik mənzillərin alınması üçün verilib.

İpotekaya götürülmüş mənzillərin 9,8%-i 60-90 min manat, 75,7%-i 30-60 min manat, 5,9%-i 90-120 min manat, 6%-i 30 min manata qədər, 2,6%-i 120 min manatdan yuxarı məbləğdə olub.

Aktiv şəkildə ipoteka ilə mənzil alanlar subay şəxslər (54,3%) və kişilərdir (83,1%). Borc alanların 48,5%-nin aylıq gəliri 1,1 min manatı ötür.

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər