26 C
Baku
Wednesday, April 24, 2024

Air Berlin müflis olduğunu elan edib

Almaniyanın Air Berlin aviaşirkəti müflis olduğunu elan edib.

Banker.az alman Spiegel nəşrinə istinadən xəbər verir ki, şirkətin 1,2 milyard avro dəyərində borcu yığılıb. Buna baxmayaraq, şirkət müntəzəm olaraq uçuşları davam etdirəcək. Belə ki, Almaniya hökuməti şirkətə 150 milyon avro kredit ayıracaq.

Air Berlin-in əsas səhmdarı olan Etihad şirkətə dəstək olmaq üçün onu əlavə vəsait ilə təmin etməkdən imtina edib. Qeyd edilir ki, Almaniyanın nəhəng aviadaşıyıcı şirkəti Lufthansa ilə şirkətin biznesinin bir hissəsinin satılması ilə bağlı danışıqlar aparılıb.

Spiegel qeyd edir ki, şirkət 2008-ci ildən zərərlə işləyir. 2016-cı ilin nəticələrinə görə rekord həcmdə olan 780 milyon avro zərər qeydə alınmışdı.

Qeyd edək ki, Air Berlin şirkəti 1978-ci ildə yaradılıb və böyüklüyünə görə Almaniyanın ikinci ən nəhəng aviaşirkətidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər