14 C
Baku
Thursday, March 28, 2024

Airbus bank almağa qərar verdi

Reuters agentliyinin verdiyi məlumata görə, Avropanın təyyarə istehsal edən şirkəti Airbus kiçik alman bankı olan Salzburg Munchen Bank-ı almaq niyyətindədir.

Müqavilənin dəyəri bildirilməsə də, Airbus şirkəti bunu cari ildə mümkün qədər tez həyata keçirmək istəyir. Müqavilə həyata keçirildikdən sonra isə maliyyə təşkilatının adı Airbus Group Bank olaraq dəyişdiriləcək və qrupun keçirdiyi maliyyə əməliyyatlarını müşayiət edəcək. Raiffeisenverband Salzburg isə səhmlərin satıcısı olaraq çıxış edəcək.

Bloomberg agentliyinin verdiyi məlumata görə, Airbus şirkəti məhz Salzburg Munchen Bank-ı almağı qərara alıb. Çünki bu bank özlüyündə əla səviyyədə qurulmuş və idarə edilən biznesə sahibdir. Maliyyə təşkilatının səhmləri 350 milyon avro təşkil edir və bankda 50 insan çalışır.

Airbus şirkəti hələ 2012-ci ildə özünə şəxsi bank almaq haqqında planlarını elan etmişdi.

Son xəbərlər
Digər xəbərlər