23 C
Baku
Saturday, April 20, 2024

“Akkord” korporasiyası nizamnamə kapitalını artırır

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə şirkətin nizamnamə kapitalı 1 499 365 manat və yaxud 1,98% artırılaraq 75 594 365 manatdan 77 093 730 manata çatdırılacaq.

Kapital artımı Korporasiyanın dövriyyədə olan 17,5 manatlıq nominal dəyərə malik səhmlərinin sayının 85 678 ədəd artırılaraq 4 319 678-dən 4 405 356-ya çatdırılması hesabına təmin ediləcək.

Xatırladaq ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” 2006-cı ildə yaradılıb. Şirkətin səhmdarları “VIP Estate” MMC və Dərya Müsəllim oğlu Vəliyevdir.

(REPORT)

Son xəbərlər
Digər xəbərlər