12 C
Baku
Thursday, March 28, 2024

Aktiv və Passivlərin idarə edilməsi üzrə Baş mütəxəssis – AFB Bank

AFB Bank Aktiv və Passivlərin idarə edilməsi üzrə Baş mütəxəssis axtarır.

Xəzinədarlıq departamenti

Vəzifə: Aktiv və Passivlərin idarə edilməsi üzrə baş mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali iqtisadi təhsil;
• Likvidlik, valyuta və faiz risklərinin idarə edilməsi sahəsi üzrə peşəkar biliklər;
• Maliyyə təhlili sahəsində peşəkar biliklər;
• İnvestisiyaların təhlili sahəsində peşəkar biliklər;
• İngilis dilində sərbəst danışıq;
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
• MS Ofis proqramları üzrə peşəkar biliklər.

İŞİN TƏSVİRİ:
• Likvidlik, faiz və valyuta riskləri üzrə hesabatların hazırlanması və təhlili;
• Likvidlik, faiz və valyuta risklərinin müəyyən edilmiş çərçivədə idarə edilməsi;
• Aktiv və Passivlərin İdarə edilməsi sahəsi üzrə sənədləşmə işlərinin aparılması;
• Aktiv və Passivlərin İdarə edilməsi Komitəsinin işinin təşkili və katibliyi;
• İnvestisiyaların təhlili;
• Şöbənin işi üzrə lazımı hesabatların hazırlanması.

Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aktiv və Passivlərin idarə edilməsi üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Elektron CV formasını doldurmaq üçün: https://afb.az/az/vacancy/17

Son xəbərlər
Digər xəbərlər