Al Paçino motivasiyası…

Bütün dahi və mükəmməl nəticələr komanda ilə əldə edilir. Yalnız komanda işi ilə yüksək nəticəli “son”-lara nail ola bilərsən!

İnsan tək olaraq da yüksək potensial nümayiş etdirə və uğura nail ola bilər. Lakin əgər güclü, inkişaf edən sistem haqqında danışırıqsa, bunun üçün sənə çiyin-çiyinə addımlayacaq eynifikirli komanda lazım olacaq. Hansı ki, onlar bir-birilərini dəstəkləyəcək və yalnızca öz uğuruna görə vuruşmayacaq, yoldaşı üçün də əlindən gələni edəcək.

Həyatda nə ilə məşğul olmağından asılı olmayaraq, yadda saxla ki, komanda – böyük güc deməkdir. Komanda – ikinci ailədir.

Bəli, çətin ola bilər, ağrılı ola bilər. Hətta uğursuzluq və tənəzzül də ola bilər. Lakin əgər sən özün üçün “1 nəfər hər kəs üçün” qaydasını əsas götürsən, “hər kəs də 1 nəfər üçün! olacaq. Buna görə də, başını dik tut! Yalnız deyilsən!

Hərəkətə keç!