12 C
Baku
Friday, March 29, 2024

Albalıdan həftə sonu gözəl hədiyyə

Unibank yeni il öncəsi bütün ALBALI kart sahibləri üçün xüsusi “ ALBALIlı həftəsonları” kampaniyasına başlayır. Dekabrın sonunadək hər şənbə-bazar günləri partnyor mağazalardan 3 və yuxarı taksitli əməliyyatlara, Unibankdan əlavə 1 taksit də hədiyyə ediləcək. Yeni il alış-verişinizi ALBALI ilə edin ki, bu xoş fürsətlərdən yararlana biləsiniz.

İlin sonunadək hər bir ALBALI kart sahibinin etdiyi alış-verişin müqabilində Yeni il hədiyyəsi qazanmaq şansı da var. ALBALI ilə edilən hər 10 AZN-lik alış-veriş sahibinə pul mükafatları qazandıra bilər. Daha çox alış-veriş daha çox şans deməkdir.

Unibank-ın “ALBALI kartınızla alış-veriş edin və qazanın” tirajlı stimullaşdırıcı lotereyası çərçivəsində oktyabrın 24-dən dekabrın 31-dək ALBALI kartı ilə (o cümlədən 28 Mall ALBALI kartları ilə) minimum 10 AZN-lik alış-veriş edən hər kəsin qazanmaq şansı var. Əməliyyatın hər 10 AZN-i bir şans kimi qiymətləndirilir (28 Mall ALBALI ilə 28 Mallda edilən belə əməliyyat isə iki şans kimi dəyərləndiriləcək). Məsələn, müştəri ALBALI ilə 25 manatlıq alış-veriş edibsə, onun lotereyada 2 iştirak şansı olacaq. Bu həcmdə əməliyyat 28 Mall ALBALI kartı ilə 28 Mall Ticarət mərkəzində aparılarsa, həmin müştərinin lotereyada iştirak üçün 4 şansı yaranır. Lotereya 1 tirajdan ibarətdir. Ümumi uduş fondu 10 min AZN olan lotereyanın 35 qalibi olacaq.

Son xəbərlər
Digər xəbərlər