15 C
Baku
Friday, April 26, 2024

Albert Eynşteynin yaradıcılıq prinsipləri

Yaradıcılığa yeni nəzərlərlə baxmaq imkanı verən 10 qayda

Abert Eynşteynin dahi fizik olması və dövrünün bir sıra alimlərini çox-çox geridə qoyması heç kəsdə şübhə doğurmayan bir faktdır.

Amma çoxları bilmir ki, bu dahi alim, həm də eyni zamanda dahi filosof olmuş, müvəffəqiyyətin başlıca prinsiplərini ayıra bilmiş və onları da, öz bərabərliklərini isbat etdiyi uğurla izah edə bilmişdir. O özünün nələrdən keçdiyi və hansı nəticəyə gəldiyi və necə bir təcrübə qazandığı haqqında yazırdı. 

Sizin diqqətinizə bu dahi insanın10 statusunu təqdim edirik

«Yaradıcılığın sirri öz ilham mənbəyini gizlətmək bacarığında gizlənir».

Sizin yaradıcılığınızın unikallığı əksər hallarda sizin öz ilham mənbəyinizi nə dərəcədə yaxşı gizlətmək bacarığınızdan asılı olur. Sizi başqa dahi insanlar da ruhlandıra bilər, amma əgər siz elə bir mövqedəsiniz ki, sizə bütün dünyanın gözləri zillənib, onda sizin ideyalar son dərəcədə unikal görünməlidir.

«Öz təxəyyülümdə mən rəssam kimi azadam və istədiyimi təsvir edə bilərəm. Təxəyyül bilikdən daha vacibdir. Bilik məhduddur. Təxəyyül isə bütün dünyanı əhatə edir.

Mağara dövrlərindən bəri insanın nə qədər tərəqqi etdiyini dərk edəndə təxəyyülün gücü özünü tam miqyası ilə göstərə bilər. Bizim bu gün əldə etdiklərimiz bizim ulu babalarımızın təxəyyülü sayəsində mümkün olub. Bizim gələcəkdə əldə etdiklərimiz isə təxəyyülün köməkliyi ilə qurulacaq.

«Özümü və öz düşüncə tərzimi analiz edəndə belə bir nəticəyə gəlirəm ki, fantaziya və təxəyyül qabiliyyətləri, mənim üçün istənilən digər abstrakt düşünmə bacarığından daha vacibdir».

Sizin həyatda bütün əldə edə biləcəkləriniz ilə bağlı qurduğunuz arzular – pozitiv həyatın vacib elementlərindən biridir. İcazə verin ki, təxəyyülünüz sərbəst gəzib-dolaşaraq, sizin yaşamaq istədiyiniz həyatı yaratmaq imkanı əldə etsin.

«Heç vaxt səhv etməyən insan, demək ki, heç vaxt yeni nəsə etməyə cəhd etməyib»

Əksər insanlar səhv etmək qorxusunun altında, yeni bir şeylər etməyə cəhd göstərmirlər. Amma bundan qorxmaq lazım deyil. Əksər hallarda məğlubiyyətə uğramış insan, qələbəni necə qazanmaq haqqında daha yaxşı dərs almış olur, nəinki uğuru dərhal əldə edən insanlar.

«Çox vacibdir ki, sual verməyi dayandırmayasan. Hər şey ilə maraqlanmaq istəyi insana təsadüfi verilməyib»

Ağıllı insanlar həmişə sual verirlər. Həll yolu tapmaq üçün özünüzə və digərlərinə suallar verin. Bu sizə, yeni biliklər əldə etmək və şəxsi inkişafınızı analiz etmək imkanı əldə edəcəksiniz.

«Təhsil – məktəbdə bütün öyrəndiklərinin hamısını yaddan çıxardıqdan sonra sənə qalan biliklərdir».

30 il sonra yüz faiz əmin olun ki, məktəbdə öyrənmiş olduğunuz hər şeyi unudacaqsınız. Yadda qalanlar isə siz özünüzün öyrəndikləriniz olacaq.

«İnsanın dəyəri onun nəyə nail olması ilə deyil, insanlara nələri verməsi ilə ölçülməlidir. Təkcə uğurlu deyil, həm də dəyərli insan olmağa çalışın»

Əgər dünyaca məşhur insanlara diqqət yetirsək, onda bu insanlardan hər birinin dünyaya yeni nə isə bəxş etdiyini görmək olar. Götürmək imkanımızın olması üçün əvvəlcə dünyaya nəsə vermək lazımdır. Sizin məqsədinin yer üzündəki dəyərləri artırmaq olanda, siz növbəti həyat səviyyəsinə yüksəlmiş olursunuz.

«İki cür yaşamaq üsulu vardır: siz həyatı elə qəbul edə bilərsiniz ki, sanki bu dünyada heç zaman möcüzə baş vermir, ya da dünyada gördüyümüz hər bir şey özlüyündə möcüzədir”.

Əgər həyatda möcüzələrin olmadığı fikri ilə yaşasaq, onda siz istədiyiniz hər bir şeyi edə biləcəksiniz və sizin heç bir maneəniz olmayacaq. Əgər həyatdakı hər bir şeyin möcüzə olduğu fikri ilə yaşasaq, onda hətta ən xırda gözəllik təzahürünü belə möcüzə olaraq qəbul edə bilərik. Əgər hər iki fikirlə yaşasaq, onda həyatımız həm xoşbəxt, həm də məhsuldar olar.

«Canavar dəstəsində özünə layiqli yer tutmaq üçün, ilk növbədə yaxşı canavar olmaq lazımdır»

Əgər siz uğurlu iş adamı olmaq istəsəniz, elə indidən biznes ilə məşğul olmağa başlamalısınız. Başlamaq istəyi olsa belə uğursuzluq qorxusu altında siz heç nəyə nail ola bilməyəcəksiniz. Bu prinsip həyatın digər sahələrində də özünü doğruldur: qalib gəlmək üçün, ilk öncə oynamaq (iştirak etmək) lazımdır.

«Əvvəlcə oyunun qaydalarını öyrənmək, daha sonra isə hamıdan yaxşı oynamağa başlamaq lazımdır»

Qaydaları öyrənin və hamıdan yaxşı oynayın. Necə ki, bunu bütün dahilər edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər