16 C
Baku
Friday, April 26, 2024

Alçanın 1kq-mının qiyməti 1000 manata çatdı

Paytaxtda alça qiymətləri inanılmaz və görünməz həddə çatdı. İndi 1 kiloqram alça almaq istəyənlər buna görə 1000 manat ödəməli olacaqlar. Bu ilk baxışdan alça mövsümünün olmaması ilə izah edilə bilər. Lakin hazırda çiyələk və vişnəni sərfəli qiymətə əldə etmək mümkündür.

Alça qiymətlərindəki bu absurd göstəriciyə yalnız yumoristik şərh vermək mümkündür. Bu səbəbdən də məşhur yumorist Vado Karovin bu haqda belə demişdir: “ Düşünürəm ki, qışın bu vaxtı ürəyi alça istəyən hamilə qadınlar hətta 2000 manat belə verməyə xəsislik etməməlidirlər. Ona görə də əminəm ki, indiki qiymət ən yüksək qiymət deyil. Bununla bağlı mənim bizim tur operatorlarına da bir məsləhətim var. Onlar İsrailə “Alça turu” təşkil edə bilərlər. Belə ki, İsraildə ildə 7 dəfə alça məhsulu yığılır. İsrailə səfər etmək bilet pulu, qidalanma və s. bir çox şey daxil olmaqla Bakıdakı alça qiymətlərindən az edəcək”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər