Alfred Eliasson loukosterləri necə ixtira edib?

Qəza, müflislik təhlükəsi və ucuz biletlərə doğru aparan yolda digər addımlar…

30 sentyabr 1950-ci ildə amerikalı hərbçi sonuncu dəfə DC-3 təyyarəsinin mühərrikini işə salmağa cəhd etdi. Mühərrik isə həyat əlaməti vermədi. Vatnayöküldl buzlağında temperatur təqribən –30 °С idi. Amerikalılar ağıllarına belə gətirmirdilər ki, mühərrik belə bir temperaturda işə düşməkdən imtina edəcək. Pilot kabinədən çıxdı, əllərini ovuşdurdu və piyada gəzintiyə hazırlaşmağa başladı.

Altı gün əvvəl, İslandiyanın Loftleiðir aviaşirkətinin Douglas C-54 Skymaster yük layneri təcili eniş etmişdi. Laynerin bütün əlaqə vasitələri sıradan çıxmışdı. Göyərtədə amerikalı hərbi qulluqçunun cəsədi var idi, buna görə də axtarış-xilasetmə əməliyyatlarına ABŞ Hərbi-Hava qüvvələri də qoşulur. Dördüncü gün təyyarə və heyətin 6 üzvü sağ-salamat olaraq taplır. Adanın iqlim xüsusiyyətləri nəzərə alınmadan, onların ardınca hərbi təyyarə göndərilir.

Bir neçə kilometrdən sonra xilasediciləri və xilas edilənləri qar motosikletləri ilə patrul təxliyyə edir. Hərbi-Hava qüvvələrinin təyyarəsini isə “onsuz da tezliklə üzəri qarla örtüləcək və tapmaq mümkün olmayacaq” deyərək atıb getməyə qərar verirlər. Bu məsələ haqqında eşidən Loftleiðir şirkətinin icraçı direktoru Alfred Eliasson laynerin xilas edilməsi hüquqlarını 700 dollar qarşılığında almağı təklif edir. Amerikalılar razı olur və müqavilə imzalanır.

Beləliklə, amerikalıların razılığı dünyada ilk loukost-aviaşirkətin peyda olmasına gətirib çıxardı.

Banker.az bu tarixçənin ən maraqlı anlarını təqdim edir:

Qəza = xilas

Bu zaman Loftleiðir şirkəti maliyyə böhranı ilə qarşı-qarşıya idi. 1944-cü ildə yaradılmış bu şirkəti Pan Am kimi nəhənglər transatlantik yük daşımaları bazarından sıxışdırıb çıxarmışdılar. Ölkənin daxili bazarı da (bu zaman burada cəmi 200 000 insan yaşayırdı) şirkəti doyurmaq iqtidarında deyildi. Loftleiðir yalnız bir mütəmadi reys həyata keçirirdi – Reykyavikdən İslandiyanın şərqindəki adalara doğru. Eliasson həmçinin yerli sahibkarlarla Avropadan yüklərin çatdırılması ilə bağlı da razılığa gəlmişdi. Lakin bu da şirkəti xilas etmirdi. Ən optimist ruhlu proqnozlar belə Loftleiðir şirkətinə cəmi bir neçə il ömür təxmin edirdi.

Şirkəti maliyyə böhranından çıxarmaq üçün Eliassona yalnızca qarlı quyudan amerikalı təyyarəni çıxarmaq lazım idi.

O DC-3 təyyarəsinin ona uğur gətirəcəyinə inanırdı. Bu dünyanın hesabında İkinci Dünya müharibəsi zamanı qətl olan yeganə yük təyyarəsi idi. Yapon kamikadze onu sıradan çıxarmaq məqsədilə sol hissəsinə çırpılmışdı. DC-3 demək olar ki, sol qanadından məhrum olmuşdu, lakin yenə də düşmür. Yapon təyyarəsi isə öz hücumuna tab gətirmir və okeana düşür.

Aprel ayında, buzlağın qarı əriməyə başladıqda, Eliasson kiçik ekspedisiya qrupu təşkil edir. Təyyarə kifayət qədər tez bir zamanda aşkar edilir. Lakin bu təyyarə ən yaxın uçuş zolağına qədər necə aparılacaqdı? Eliasson və onun komandası bütün may ayı ərzində ardıyca DC-3 təyyarəsini dartan buldozerə yol açırdı.

Təyyarə lazımi məkana gətirildikdə, belə məlum olur ki, DC-3 demək olar ki, zədə almayıb. Təyyarə modernləşdirilməsi üçün Reykyavikdən İngiltərəyə göndərilir. İspaniyanın Iberia aviaşirkətinin menecerləri burada bu təyyarəni bəyənir və 75 000 dollar qarşılığında onu almağı təklif edirlər. Eliasson düşünmədən lazımi sənədləri imzalayır və Loftleiðir xilas edilir.

Ləng = ucuz

1927-ci ildə Çarlz Lindberq dünyada ilk Nyu-York – Paris uçuşunu həyata keçirir. Bunun ardınca milyonlarla səyahətçi gəmilərdən təyyarələrə üz tutur. Transatlantik yük daşımaları bazarı isə aviaşirkətlər üçün ən dadlı tikəyə çevrilir. Problem isə yalnızca bu prosesin həddindən artıq çox nəzarət altında olmasında idi.

IATA təşkilatına (Hava nəqliyyatı üzrə beynəlxalq assosiasiya) Uilyam Hildred başçılıq edirdi. Birinci dünya müharibəsi zamanı o, Britaniya ordusunda piyada əsgər olaraq qulluq etmişdi və təyyarələrin dağıdıcı gücünə bələd idi. O, “səmanı təhlükəsiz bir yer etməyi” arzulayırdı və buna görə də tez-tez yeni-yeni qaydalar yaradırdı. 1950-ci illərin əvvəlində IATA demək olar ki, hər şeyə – uçuşların qeydə alınmasından tutmuş bilet qiymətlərinə qədər nəzarət edirdi.

İslandiyalılar heç vaxt qaydaları sevməyiblər və əksər hallarda öz iqtisadi rifahlarını məhz bu bacarıqlar üzərində qurublar. Eliasson 1952-ci ildə “IATA-nın axmaq məhdudiyyətlərinə” qarşı çıxmağı təklif edir. Bu zaman Loftleiðir Lüksemburqdan Nyu-Yorka IATA-nın təyin etdiyi məbləğdən 100 dollar daha ucuz qiymətə uçmağı təklif edir.

Təklif nəinki cürətli, həm də faydalı idi. Aviaşirkətin özü IATA tərkibinə daxil deyildi, Lüksemburq isə şəxsi aviaxətti olmayan yeganə avropalı dövlət idi. Buna görə də assosiasiya hersoqluğu cərimələyə bilmir. Bundan əlavə, sərnişinlər formal olaraq iki bilet alırdılar: Lüksemburq – Reykyavik və Reykyavik – Nyu-York. Təyyarə həqiqətən də İslandiya paytaxtında 1 saatlıq fasilə edirdi. IATA-ya isə irad tutacaq bir şey qalmır.

Tezliklə islandiyalılar dünyada köhnə təyyarələrdən istifadə edən, sərnişinlərə xidmət xərclərini endirən və pilotları maksimum yükləyən ilk şəxslər olur. Bununla yanaşı, Loftleiðir şirkəti bir neçə on illiklər dünyanın ən sürətli inkişaf edən aviaşirkətlərindən biri olaraq qalır. Şirkət 1953-cü ildə yalnızca 5000 sərnişin daşıyırdısa, 1970-ci ildə onların sayı 71 500-ə yüksəldi. Transatlantik yük daşımaları bazarında Loftleiðir şirkətinin payı 2% idi, mənfəəti isə 23,5 milyon dollar təşkil edirdi. Hazır ki, məzənnəyə uyğun olaraq bu 145 milyon dollara bərabərdir.

1979-cu ildə energetik böhran səbəbindən Loftleiðir şirkəti ikinci islandiyalı aviaşirkət Flugleiðir ilə birləşərək, Icelandair şirkətinin əsasını qoyur. Reykyavikdə dayanacaq ilə transatlantik yük daşımaları hələ də bu aviaşirkətin əsas gəlir mənbəyi olaraq qalır. İkinci loukost-şirkət Laker Airways isə 1977-ci ildə peyda oldu. Digər Southwest və Ryanair isə 1990-cı illərdə yaradıldı.