Alfred Nobel – dinamitin ixtiracısı

Dinamit sözü yunan dilindən tərcümədə «güc» deməkdir. Bu nitroqliserindən, natrium və ya kalium nitratdan və ağac unundan ibarət olan partlayıcı maddədir. Həcmindən asılı olaraq dinamit avtomobilləri, evləri, dağları partlada bilər.

Dinamiti İsveç mühəndis kimyaçı Alfred Nobel ixtira etmişdi. O, dinamiti 1867-ci ildə patentləşdirmişdi və bu maddəni tunellərin və yolların çəkilməsi üçün istifadə etməyi təklif etmişdi.

Bu ixtira sayəsində Nobel bütün dünyaya məşhurlaşmışdı və küllü miqdarda mənfəət əldə etmişdi.  1895-ci ildə Nobel vəsiyyətnamə yazır və sərvətin  böyük bir hissəsini kimya, fizika, tibb, ədəbiyyat və sülhün möhkəmləndirməsi sahəsində nailiyyətlərə mükafatların verilməsinə ayırır.

1842-ci ildə 9 yaşlı Alfred Stokholmdan Sankt- Peterburqa, öz atasının yanına gəlir. Onun atası, Emmanuel Nobel, buxar maşınlarını istehsal edən şirkətin başçısı idi. Alfred özəl məktəbə yazılmışdı. O, dərslərini yaxşı oxuyurdu, kimya və fizika ilə maraqlanırdı, boş vaxtlarında isə atasının şirkətinə getirdi. Alfredin 17 yaşı olanda Almaniyaya oxumağa gedir.

Alfredin atası istəyirdi ki, onun kiçik oğlu alman universitetlərində kimya və fizikanın əsasları ilə tanış olsun. Almaniyadan sonra Alfred Parisə təcrübəyə gedir, daha sonra isə ABŞ-a gedir və burada məşhur İsveç ixtiraçısı Con Eriksonun zavodunda çalışır. Həmin zavodda buxarlı maşınlar və gəmilər istehsal olunurdu.

1853-cü ildə Nobel Sankt- Peterburqa qayıdır və atasının şirkətində işləməyə başlayır. Şirkət həmin vaxt hərbi sursat istehsalında ixtisaslaşırdı. Rusiya (1853- 1856-cı illərdə) o dövrdə müharibə aparırdı. Müharibədən sonra hərbi sursatlara tələbat azalır və Alfred valideynləri ilə bir yerdə Stokholma qayıdır.

Bütün boş vaxtını Alfred atasının onun üçün düzəltdiyi kiçik laboratoriyada keçirirdi. Orada Alfred kimyəvi maddələr üzərində təcrübələr aparırdı, onu partlayışlar maraqlandırırdı. O, nitroqliserin üçün xüsusi detonator hazırlayırdı.

Çox saylı təcrübələr sayəsində Alfred dinamit ixtira etməyə müvəffəq olur. O, dinamiti 1867-ci ildə patentləşdirir və dərhal dəmir yolları rəhbərliyinə tunellərin çəklməsi üçün partlayıcı maddədən istifadə etməyi təklif edir. Ölkənin təbii şəraitləri, dağlıq sahələrini nəzərə alsaq, burada tunellərin çəkilməsinin nə qədər aktual olduğu anlaşılır.

Dinamit sayəsində Alpda Monblan yaxınlığında 1,16 kilometr uzunluğunda avtomobil tuneli, Yunanıstanda Korinf kanalı çəkilmişdi və digər işlər görülmüşdü.

Həmçinin dinamitin köməyi ilə Bakı neft yataqlarında qazma əməliyyatları həyata keçirilirdi. Bakıda Nobelin iki böyük qardaşı çalışırdı.
Nobel qardaşları Bakı nefti sayəsində küllü miqdarda gəlirlər əldə etmişdilər.

Avropa və daha sonra bütün dünyada dinamit istehsalı üzrə müəssisələr açılmağa başlayır. Nobelin özünün 20 belə manufakturaları var idi. Lakin dinamiti nəinki mühəndislik sahəsində, həmçinin hərbi işdə də istifadə etməyə başlayırlar.
Bunların sayəsində Nobel yaxşı mənfəət əldə etmişdi.

1873-cü ildə Nobel Parisə gedir. Burada onun kiçik bir laboratoriyası var idi. Nobel Parisdən bütün şirkətlərinə nəzarət edirdi.

1880-ci illərin sonlarında Alfred Nobel daha güclü partlayıcı maddə patentləşdirir. Həmin maddə «ballistit»  adlanan tüstüsüz barıt idi.

Nobel öz patentini İtaliya hökumətinə satır və bundan sonra onun fransız hökuməti ilə münaqişələri əmələ gəlir. Onu fırıldaqda ittiham edirlər və onun laboratoriyasında axtarış aparırlar. Bu hərəkətlərdən qəzəblənən Alfred 1891-ci ildə Fransanı tərk edir və San–Remoda (İtaliya) məskunlaşır.

Nobel heç vaxt evli olmayıb. O, fransız, alman, rus və ingilis dillərində sərbəst danışırdı, rahat həyata sürməyə üstünlük verirdi və dünya şöhrətindən sıxılırdı.

Öz villasında portağal ağaclarının arasında Nobel öz yeni kimyəvi laboratoriyasını yaradır. Daha sonra Nobel ürəyində ağrılardan, ümumi yorğunluqdan əziyyət çəkməyə başlayır.
Alfred Nobel beyninə qan sızmadan vəfat edir.

1888-ci ildə fransız qəzetlərinin birində Nobel haqqında səhv məlumat dərc edilir. Onu «qanlı milyoner», «ölüm ticarətçisi», «dinamit kralı» adlandırmışdılar.

Bu Nobelə çox pis təsir edir və o, bəşəriyyətin yadında «dünya miqyaslı zalım» kimi qalmaq istəmirdi.
1895-ci ilin 27 noyabrında Nobel vəsiyyətnamə yazır və orada sərvətinin böyük bir hissəsini kimya, fizika, tibb, ədəbiyyat və sülhün möhkəmləndirməsi sahəsində nailiyyətlərə mükafatların verilməsinə ayırır.