14 C
Baku
Wednesday, April 24, 2024

Ali təhsilli gənclərə biznes qurmaq üçün pul veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün həmçinin gənclərin işsizlik problemini həll etmək üçün yeni layihəni təqdim edib. Proqram ilk dəfə iş axtaran ali təhsilli gənclərə bir sıra üstünlüklər vəd edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni pilot layihənin yerinə yetirilməsinə başlayıb. Layihəyə görə ilk dəfə özünə iş tapan ali təhsilli gənc onu işə götürən müəssisədən maaşın əlli faizini alacaq. Məvacibin qalan əlli faizini isə dövlət öz üzərinə götürür. Bu layihənin əsas məqsədi işə götürənləri məhz təcrübəsi olmayan, amma böyük potensiala malik gənclərin işə götürülməsini təmin etməkdir.

Hələlik bu pilot layihə olaraq yalnız Bakı şəhərində yaşayan 15 gəncə tətbiq olunacaq. Amma yenilik bununla bitməyəcək, çünki bu, layihənin sadəcə bir komponentidir. Hökümət, həmçinin yaxın zamanlarda layihənin ikinci komponentini də təcrübədən keçirməyə başlayacaq. Bu layihə isə ali təhsilli gənclərə öz biznesini qurmaq üçün birdəfəlik pul ödənişinin edilməsini nəzərdə tutur. Bu, onlara müstəqil sahibkar kimi fəailyyət göstərməyə imkan verəcək.

anspress.com

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər