15 C
Baku
Friday, March 29, 2024

Alibaba “Subaylar günü” 25 milyard dollar həcmində satış qeydə alıb

11 sentyabrda baş tutan “Subaylar günü”-ndə (Singles Day) Çinin ən nəhəng elektron ticarət platforması olan Alibaba-da satışlar 25 milyard dollara (168,2 milyard yuan) çatıb.

Bu hadisə satışların 39% artmasına səbəb olub ki, bu da 30% artım proqnozlaşdıran Citigroup qiymətləndirmələrini geridə qoyub. Maraqlıdır ki, tranzaksiyaların 90%-dən çoxu mobil ödənişlərin köməkliyi ilə həyata keçirilib. Alibaba prosessorları saniyədə 256 min tranzaksiya emal edib.

Məhsul və xidmətlər dünyanın 225 ölkəsindən olan alıcılara satılıb. Təqribən 82 brend 100 milyon yuan həcmində satışa nail ola bilib ki, bunlar sırasında Nike, Xiaomi və Uniqlo da var.

Son xəbərlər
Digər xəbərlər