12 C
Baku
Thursday, March 28, 2024

Alibaba və Microsoft-un yaratdığı süni intellekt insanları üstələdi

Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Alibaba və Microsoft şirkətlərinin yaratdığı süni intellekt Stanford universitetinin oxunan materialın tanınması testində insanı üstələyib.

Sözügedən bu test süni intellektin qiymətləndirilməsi vasitələri sırasında ən populyar olanıdır. 100 mindən çox sualdan təşkil olunmuş test Wikipedia-da nəşr olunmuş təqribən 500 məqaləyə əsaslanır. Suallara cavab portaldakı məqalələrdə birbaşa qeyd edilməklə yanaşı, mətndən oxunan fraqmentdə də əks olunub.

İnsanın bu testdən nəticəsi 82.304, Alibaba şirkətinin yaratdığı sistemin nəticəsi 82.440, Microsoft-un sistemi isə 82.650 olub.

 

Son xəbərlər
Digər xəbərlər