15 C
Baku
Friday, March 29, 2024

Alıcıları daha çox pul verməyə vadar edən səbəblər

Əksər insanlar məhsulları alan zaman və ya xidmətlərdən istifadə etdikləri zaman qənaet etməyə çalışırlar. Lakin bəzi hallarda alıcılar alış- verişə görə daha çox pul ödəməyə hazırdılar.

1. Keyfiyyətli məhsul

Bir çox alıcılar müəyyən keyfiyyətli məhsullar almağa üstünlük verirlər. Əgər onların alacağı məhsul müştərilərin tələbatlarına cavab verirsə, onlar daha çox pul ödəməkdən çəkinmirlər.

2. Alış-verişin sadə şəkildə sənədləşdirməsinin aparılması

Bəzi insanlar internet-mağazalarda alış-veriş etməyə üstünlük verirlər. Həqiqətən də, internetdə qiymətlər daha cəlbedicidirlər. Lakin bu üstün cəhəti sənədləşdirməni yorucu şəkildə apararaq «qətl» etmək olar. Müştərilərin əksəriyyəti prosessin asanlaşdırılması üçün artıq pul ödəməyə hazırdılar.

3. Tez çatdırılma

Alıcıların əksəriyyəti aldığı məhsulları tez bir zamanda əldə etmək istəyirlər. Əgər hər hansısa bir mağaza tez çatdırılma xidməti təqdim edirsə, müştərilər əlavə pul ödəyəcəklər.

4. Məhsul istismarda daha ucuzdu

Alış-verişdən sonra məhsula nə qədər pul və vaxt sərf edilməsi əhəmiyyətli amildir. Söhbət məhsulun işlək vəziyyətdə saxlanılması üçün sərf olunan xərclərdən gedir. Baha qiymətə alınmış məhsulun uzunmüddətli istismarı ucuz başa gələ bilər.

5. Əla dəstək

Adətən satıcılar qüsurlu məhsul almış alıcının qəzəbini yetərincə qiymətləndirmirlər. Əksinə, bir çox müştərilər əmələ gələ biləcək problemlərin effektiv və tez həllindən əmin olduqları halda daha çox pul ödəməyə hazırdılar.

6. Şəxsi simpatiya

Müştərilər onlarda xoş emosiyalar yaradan satıcılara üstünlük verirlər. Müştərilər menecerin anlaşma ilə maraqlanmasını qiymətləndirir. Menecerlər alıcını öz gözlərində qaldırmağa çalışırlar. Yekun nəticədə bu satıcının xeyrinə başa çatır.

Son xəbərlər
Digər xəbərlər