26 C
Baku
Friday, April 19, 2024

AliExpress istifadəçilərinin sayı 100 milyon nəfəri keçdi

Banker.az saytının rus mətbuatına istinadən verdiyi xəbərə görə, AliExpress ticarət platformasının bütün dünya üzrə istifadəçilərinin ümumi sayı 100 milyon nəfəri geridə qoyub.

AliExpress şirkətinin verdiyi məlumata görə, ümumilikdə dünyada 1,6 milyard insan online alış-verişdən istifadə edir ki, hər 16-cı alıcı AliExpress-dən istifadə edir.

Sözügedən bu ticarət platformasından ən çox istifadə edən alıcı sayı isə Maldiv, Litva və Butan sakinlərinin payına düşür. İsrail, Latviya, Estoniya və İslandiya sakinləri ən çox oyuncaq və uşaq məhsulları alanlardır. AliExpress-dən ən bahalı məhsulları alanlar isə Küveyt, Maldiv adaları və Bəhreyndə yaşayan istifadəçilərdir.

Qeyd edək ki, AliExpress şirkəti Alibaba Group holdinqinə daxildir və dünyanın 220 ölkəsində əlçatandır.

Son xəbərlər
Digər xəbərlər