18 C
Baku
Thursday, April 25, 2024

Alış-verişsiz 1 il yaşamaq mümkündür?

Kanadadan olan gənc bir cütlük eksperiment məqsədilə mağazalara getməkdən imtina edir və 55 000 dollara qədər qənaət etməyə nail olur. Bəs onlar bunu necə bacarır?

Təxminən 1 il əvvəl Kalqaridən olan 31 yaşlı mühasib Cefri Şuşkeviç öz aylıq xərclərini təhlil etməyə başlayır. Nəticələr onu heyrətləndirir: “Hər ay mən o qədər çox pul xərcləyirdimki, nə qədər qazansam da pulumu artıra bilmirdim”. Onun 29 yaşlı rəfiqəsi isə bu zaman yeni mənzilə köçməyi planlaşdırırdı. Lakin bu plan təxirə salınır və Ceffri ona onun mənzilinə köçməyi təklif edir.

İlk üç ay (2013-cü ilin avqust ayından oktyabra qədər) onlar xırdavat malları, məişət texnikası və geyim kimi istehlak məhsulları almaqdan imtina edirlər. Daha sonradan onlar ictimai iaşə, gözəllik salonları və benzin xərcləri kimi müxtəlif xidmətlərdən imtina edir. Bunun əvəzində isə evdə nahar etməyə, getdikləri yerə piyada, yaxud velosipedlə getməyə başlayırlar.

Ceffrinin işə getməsi üçün ona cəmi 35 dəqiqə lazım idi. Eksperimentə başlamamışdan öncə o yaxşı fiziki formaya sahib olsa da, bir il ərzində 4,5 kq çəki itirmişdi. Əgər onun getməli olduğu məkan uzaqda yerləşirdisə, o avtobusdan istifadə edirdi.

2014-cü ilin iyul ayında başlayan eksperimentin ilk mərhələsində onlar planan əsasən bütün qida məhsullarının alışından imtina etməli və özləri tərəvəz becərməli idilər. Lakin onların becərdikləri məhsullar onlara kifayət etmirdi. Məhsul mövsümü avqustda başlayırdı və eksperiment 3 avqustda başa çatmalı idi. Buna və bütün digər problemlərə baxmayaraq, Ceffri 1 il ərzində ümumilikdə 42 300 dollar, onun rəfiqəsi Culi isə 13 800 dollar qənaət edir. Demək ki, həyat üçün vacib alış-verişi istisna etməklə 1 il ərzində müəyyən məbləğə qənaət edə bilərik.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər