25 C
Baku
Saturday, April 20, 2024

Alışqanın yaranma tarixçəsi

Alışqanın ilk prototipini hələ Leonardo da Vinçi yaratmışdı. Bu mexanizm dolaşıq çarx və purjunlardan ibarət idi və çaxmaqla birləşirdi. Bu mürəkkəb və unikal qurğu yalnız bir məqsədə, od əldə edilməsinə xidmət edirdi. Bir faktı dilə gətirmək lazımdır ki, bu qədimi alışqan işə yarasa da, zəhmli görünüşə sahib olması səbəbindən da Vinçinin  müasirləri arasında populyarlıq qazanmır.

İnsanlar zamanla tütün daha asan alışdırmaq üçün üsullar axtarmağa başlayır və məhz XIX əsrdə alman kimyaçı Johann Wolfgang Dobereyner hidrogen ilə işləyən ilk alışqanı yaradır. Yeni masaüstü alışqanda çaxmaqdaşı və çaxmaq əvəzinə platin hissələrindən istifadə olunmuşdu. Məhz bu platin hissələri alışmanı həyata keçirirdi. Bu alışqandan istifadə etmək nə qədər rahat və sadə olsa da, ehtiyatsızlıqla davrandıqda güclü partlayışa səbəb olurdu.

Bizim hazırda adət etdiyimiz alışqanlar isə keçən əsr istehsal edilib. 1903-cü ildə avstriyalı fizik Carl Auer von Welsbach alışqanı bizim vərdiş etdiyimiz formada yaradır. Hazırda isə ən məşhur alışqan istehsal edən şirkətlər qismində Bowers,  Army-Navy, Zippo, Dunhil və Ronson çıxış edir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər