25 C
Baku
Friday, April 19, 2024

Alman avtokonsern 1200-dən çox əməkdaşını ixtisar edir

Almaniyanın “Daimler” avtomobil konserni 1250 nəfər əməkdaşını işdən çıxarır. “İnterfax” agentliyə istinadən xəbər verir ki, söhbət ABŞ-ın Şimali Karolina ştatında yerləşən yük avtomobili istehsalı ilə məşğul olan iki zavodun əməkdaşlarından gedir.

İxtisarlara səbəb kimi zavodda istehsal olunan yük avtomobillərinə tələbatın kəskin azalması göstərilir.

Şirkətin proqnozlarına görə, cari ildə yük avtomobillərinin istehsalı 10-20% azalacaq.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər