15 C
Baku
Wednesday, April 24, 2024

Almaniya – alman markı haqqında ümumi məlumat

Beynəlxalq təyinatı : DM

Dövriyyədə olan banknotların nominalı : 50, 100, 200, 500.

Dövriyyədə olan sikkələrin nominalı: 25, 50, 100

Tarixi

Almaniyada pul sistemi çox intensiv və proqressiv inkişaf etmişdir. Sözsüz ki, hər şey praktik olaraq digər ölkələrdə olduğu kimi başlamışdır. Ölkə ərazisində peyda olan ilk valyuta da əlbəttə ki, sikkə formasında idi. Ölkə ərazisində demək olar ki, eyni növ sikkələr hazırlanırdı və məhz bu da ölkənin iqtisadiyyatının geniş ölçülü və intensiv inkişafına səbəb olurdu. Daha inkişaf etmiş valyutaya ehtiyac duyulduqda yeni bir valyuta yaradıldı və bu o dövrdə yeganə və milli valyuta adlanırdı. Bu valyuta reyxsmark adına sahib idi. Bu valyuta yaxşı təhlükəsizlik siteminə və xeyli məqbul görünüşə malik idi.

Bu valyutanın yaradılması və inkişafında bir çox mütəxəssislər zəhmət çəkmişlər. Nəticə isə çox yaxşı oldu və tez bir zamanda məşhur oldu. Lakin qeyd etmək lazımdır ki, II dünya müharibəsindən sonra Almaniya dörd işğal zonasına bölünmüşdü. 21 iyun 1948-ci ildə Britaniya, Fransa və Amerika işğal zonasında yeni alman markı təqdim olundu.

Daha doğrusu ümumilikdə dövləti və iqtisadiyyatı dəstəkləyəcək bütünlüklə yeni bir valyuta yaradıldı. Bu andan etibarən Almaniyada iki pul vahidi fəaliyyət göstərirdi: qərb hissədə alman markı, şərq hissədə isə reyxsmark. Yeni banknotlar ABŞ-da çap olunmuş və 1948-ci ildə Almaniyaya gətirilmişdi. Onu da qeyd etmək lazımdır ki, bu valyuta uzun müddət davamlı olsa da, hazır ki dövrümüzdə valyuta öz qabiliyyətini itirərək qiymətdən də düşmüşdür.

1 yanvar 2002-ci ildən ölkə ərazisində avro (Euro) təqdim olundu. Bir avroda 100 sent var. Hazırda avro Almaniyanın milli valyutası hesab olunur.

Xüsusiyyətləri

Bu valyuta bir çox xüsusiyyətlərə malikdir. İlk olaraq qeyd etmək lazımdır ki, bu valyuta klassik tərzdə olsa da çox original şəkildə yaradılmışdı. Valyutanın üz hissəsində bir siyasi xadimin təsviri, digər tərəfində isə ölkənin görməli yerləri əks olunub. Pulun nominal dəyəri pulun üz tərəfində göstərilib. Burada rənglərin qarışığı da çox parlaq deyil. Lakin bütün bunlarla yanaşı valyuta orijinal formada hazırlanıb.

Ölkə öz görməli yerləri sayəsində çox sayda turist cəlb edir. Buna görə də ölkəyə gəldikdə ölkənin maliyyə sistemi və valyuta mübadiləsi barədə məlumatları bilmək vacibdir. Valyuta mübadiləsini banklarda və ixtisaslaşdırılmış mübadilə şöbələrində həyata keçirmək mümkündür. Bundan başqa, mehmanxana və əsas poçt məntəqələrində də bu əməliyyatı yerinə yetirmək mümkündür. Böyük şəhərlərdə bu poçt məntəqələri hər gün və bütün gün boyu işləyir. Kredit kartları isə praktik olaraq bütün böyük mağazalarda, restoranlarda, kafe və otellərdə keçərlidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər