13 C
Baku
Thursday, April 18, 2024

Almaniya şirkəti ingilis klubuna 1,3 milyard dollar verəcək

“Mançester Yunayted” klubu Almaniyanın “Adidas” şirkəti ilə 1,3 milyard dollarlıq sponsorluq müqaviləsi imzalayıb

Futbol İngiltərənin “Mançester Yunayted” futbol klubu Almaniyanın “Adidas” şirkəti ilə 1,3 milyard dollarlıq sponsorluq müqaviləsi imzalayıb.

İdman malları istehsal edən “Adidas” 10 il ərzində hər il “Mançester Yunayted” klubuna 130 milyon dollar pul verəcək.

Hazırda klubun 13 illik sponsorluq müqaviləsi ABŞ-ın “Nike” şirkəti ilədir və müqavilənin vaxtı gələn il başa çatır. “Nike” müqaviləni uzatmır və hesab edir ki, bu, sərfəli deyil.

“Adidas” hazırda hər il “Real Madrid” və “Çelsi” klublarına 50 milyon dollar verir.

Anspress

Son xəbərlər
Digər xəbərlər