14 C
Baku
Saturday, April 27, 2024

Almaniyada ali təhsil

Tələbələr tərəfindən cəlbediciliyinə görə Almaniya ABŞ-dan sonra Böyük Britaniya ilə ikinci yeri bölüşdürür. Və ən əsası odur ki, burada universitetlərdə təhsil şərtlərini yerinə yetirən hər bir şəxs təhsil ala bilər.

Almaniyada təhsil bütün dünyada populyardır. Hazırda Almaniya universitetlərində 160 000 əcnəbi tələbə təhsil alır.

Almaniya təhsil sistemi yalnızca yeni başlayan tələbələrin deyil, həm də gənc alimlərin maraq dairəsindədir.

Hazırda demək olar ki, Almaniyanın bütün ərazilərində təhsil haqqına görə ödənişlərin təqdim edilməsi barədə qanun qüvvədədir. Bu ölkədə son zamanlar iqtisadi vəziyyətin pisləşməsi ilə izah olunur. Almaniyada təhsil əvvəllərdə olduğu kimi sizə bir semestr üçün təxminən 500 avroya başa gələcək. İstənilən tələbə təhsil haqqını və gündəlik xərcləri üçün lazım olan bu pulları qazanmaq üçün işləmək imkanına sahibdir. Çoxsaylı fondlar istedadlı əcnəbi tələbələrə dəstək olurlar.

İlk ali təhsil almaqla yanaşı, Almaniya bu təhsil variantları da mövcuddur:

1. alman universitetləri tərəfindən təklif edilən yüzlərlə ixtisasdan birində ikinci ali təhsil almaq;

2. öz vətənində bakalavr dərəcəsində alınan ixtisas üzrə magistraturanı bitirmək;

3. qısa müddətli dissertasiya araşdırması aparmaq;

4. dissertasiya yazmaq;

5. ölkə, təhsil sistemi ilə tanış olmaq və dil biliklərini təkmilləşdirmək üçün burada bir neçə ay keçirmək;

6. Təcrübə keçmək;

7. Xüsusi proqramlarda iştirak etmək (iqtisadçılar, hüquqşünaslar, gənc liderlər üçün illik proqramlar ) və s.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər