16 C
Baku
Thursday, March 28, 2024

Almaniyada qatar bankomat ilə toqquşdu

Almaniyanın Dinslaken şəhərində yük qatarı bankomat ilə toqquşduqdan sonra relsdən çıxıb. Bu bankomatı isə naməlum şəxslər relslərin üzərinə qatarla toqquşduqdan sonra açılması üçün qoyublarmış.

Toqquşma nəticəsində qatarın ön hissəsində yerləşən və içərisində maşinist və iki köməkçisi olan vaqon sürətlə relsdən çıxıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İlkin versiyalara görə, cinayətkarların məqsədi bu yolla bankomatı açmaq və pullara sahib olmaq idi, lakin onlar hadisə yerindən qaçıblar. Qeyd edilir ki, qatarla bankomatın toqquşmasından sonra apparat dağılıb, içərisindəki pullar isə ətrafa səpələnib. Onları isə polis əməkdaşları toplayıb. Bankomatın nə vaxt və haradan qarət edildiyi haqqında isə məlumat verilməyib.

Qeyd edək ki, yük qatarı qaz və alışqan mayelər daşıyırdı. Sızma qeydə alınmayıb.

İnsident Oberhauzen və Vezel şəhərləri arasında qatarların hərəkətinin dayanmasına səbəb olub. Bundan əlavə, Frankfurt-na-Mayn və Amsterdam arasında sürətli qatarların da hərəkətində ləngimə yaşanıb.

Son xəbərlər
Digər xəbərlər