24 C
Baku
Friday, April 26, 2024

Almaniyanın ən təvazökar kansleri

Müasir sayası aləmin ən nüfuzlu xanımı öz ünvanının heç kəsdən gizli saxlamır. 10117 Berlin, Am Kupfergraben, 6. 

dom merkel 400.jpg22

Bu Berlinin mərkəzində yerləşən adi çox mənzilli yaşayış binasıdır, xanım kanslerin mənzili inanın dördüncü mərtəbəsində yerləşir.
Öz sələfi (özündən əvvəlki baş kansler) Qerxard Şrederdən fərqli olaraq, sadəlik tərəfdarı olan xanım Merkel Federal Kansler İdarərinin şəxsi qərargahında yerləşən 200 kvadrat metr sahəsi olan xidməti mənzildən imtina etmişdir. O, öz əri ilə birlikdə yaşadığı evdə qalmağa qərar vermişdir.
Amma, düzünə qalsa, kanslerin mənzilinin başına bir neçə dəfə qəribə hadisələr gəlmişdir. əvvəlcə məlum olmuşdur ki, xanım Merkelin mənzili videokameraların müşahidəsi altındadır. Bu onunla bağlıdır ki, Merkelin mənzili məşhur Perqamon muzeyinin qarşı tərəfində yerləşir, muzeyin binasının damında müdafiə və mühafizə məqsədləri ilə kameralar quraşdırılıb.

Bir dəfə isə Merkelə öz evinə getməyə icazə verilmirdi, çünki həmin ərazinin yaxınlığında partlamamış sovet təyyarəsi bombası aşkar olunmuşdu. Bomba ikinci dünya müharibəsi illərinə aid idi.
2012-ci ilin may ayında 12 ay ərzində ilk dəfə kanslerin əməkhaqqısı qaldırıldı. Rəsmi vəzifədə olduğu bütün dövr ərzində Merkel ildə cəmi 190 min avro məvacib alırdı, üstəgəl xidməti vəzifələrlə bağlı xərcləri qarşılamaq üçün xüsusi ödəmələr.

Merkel həyat yoldaşı ilə birlikdə

angela merkel2 400.jpg
Bundestaqın deputatı kimi Merkel məvacibdən əlavə də pul olur, onun əməkhaqqısı ilə birlikdə il ərzində aldığı məbləğ 290 min avroya çatır. Əlbəttə ki, bu gəlirlərin müəyyən bir hissəsi vergilərin ödənməsinə sərf olunur, lakin digər dövlət məmurları kimi, Merkel üçün xoş bir bonus var –Merkel təqaüd sığortasını və işsizlik ilə bağlı sığortanı ödəməli olmur.

Kanslerin əməkhaqqısı kifayət qədər sadədir, axı Almaniyada top-menecerlər, uğurlu həkimlər və avtomobil yarışçıları düz 11% daha çox qazanır.

fotoYeri gəlmişkən Almaniyanın prezidenti (baxmayaraq ki, bu orta dərəcəli bir vəzifə hesab olunur) qat-qat daha çox qazanır, həmçinin Berlinin Bellevue qəsrində yerləşən geniş prezident iqamətgahı da onun tam sərəncamındadır. Həmçinin də Merkelin mülkləri sırasında saraylar və bahalı yaxtalar da yoxdur. Kansler Tirole dağlarında istirahət etməyə üstünlük verir, həm məzuniyyətinin, həm də öz geyimlərinin haqqını öz cibindən ödəyir.
Onun özünə rəva bildiyi yeganə üstünlük ondadır ki, dərzilər xanım Merkelin evinə gəlir.

angela merkel5 400.jpg4

Almaniya məmurlarının əksəriyyəti zirehli Mercedes və ya BMW limuzinlərində gəzdiyi halda, Merkel adi Audi 8 avtomobilində yola çıxır. Avtomobil öz sürücü ilə birlikdə günü 24 saatı ərzində kanslerin sərəncamında olur.
Əvvəlcə xamım kansler xarici səfərlərə 20 il yaşı olan Аirbus А310 təyyarəsində çıxırdı. Düzdür, sonradan onu dəyişməli oldular.

Təyyarə Global 5000

samolet merkel 400.jpg5
İndi Merkel uzaq məsafəli səfərlərə Аirbus А340 laynerində və Global 5000 təyyarəsində isə yaxın məsafəli səfərlərə uçur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər