23 C
Baku
Thursday, April 25, 2024

Almanlar Uber şirkətini alır

Banker.az saytının xarici mediaya istinadən verdiyi xəbərə görə, Almaniyanın nəşriyyat evi Axel Springer taksi sifarişi üzrə eyniadlı mobil tətbiqetmə operatorunun sahibi Uber şirkətinin səhm paketini alıb. Bir faktı qeyd edək ki, Uber şirkəti Axel Springer üçün yüksək texnologiyalar sahəsində alınan ilk şirkət deyil.

2012-ci ildə alman mediakonserni fərdi yaşayış evlərinin kirayəsi üzrə xidmət olan Airbnb-nin səhm paketini alması barədə xəbər vermişdi.

Axel Springer şirkətinin nümayəndəsi The Wall Street Journal jurnalistlərinə bildirib ki, şirkət erkən mərhələlərdə bu sahə üzrə təqribən 100 şirkətə yatırım edib.

Qeyd edək ki, Axel Springer şirkəti Almaniya, Fransa, İspaniya, Rusiya, İsveçrə, Macarıstan, Polşa, Çexiya və s. ölkələr də daxil olmaqla dünyanın 32-dən çox ölkəsində qəzet və jurnalların buraxılması ilə məşğuldur. 10 000 nəfərdən çox əməkdaşa malik olan şirkətin illik gəliri isə 2 milyard avrodan çoxdur.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər