8 C
Baku
Thursday, March 28, 2024

Alqı-satqı müqaviləsinin təşkil edilməsi qaydaları

Alqı-satqı müqaviləsinin mahiyyəti mülkiyyətin satıcıdan alıcıya keçməsidir. Satıcı müqavilədə müəyyən edilmiş müddət çərçivəsində malı bütün aksessuarlar və sənədlərlə birgə alıcıya ötürməyi öhdəsinə götürür. Alıcı isə bu məhsulu qəbul etməyi və qarşılığında müəyyən məbləğ ödəməyi vəd edir.

Alqı-satqı müqaviləsi tərəflər məhsul ilə bağlı razılığa gəldiyi andan etibarən bağlanmış hesab olunur. Lakin məhsulun mülkiyyət hüququ satıcıdan alıcıya onun ötürülməsi zamanı keçir. Burada daşınmaz əmlak alqı-satqısı istisna təşkil edir.

Əvvəlcədən, yaxud daha sonradan ödəniş, kreditlə ödəniş mümkündür. Bu hallarda mülkiyyət hüququ ödəniş tam başa çatana qədər satıcıda qalır.

Nəyi almaq və satmaq olar

İstənilən əşyanı, hətta hələ istehsal olunacaq məhsulu satmaq mümkündür. Bundan əlavə, heyvanlar və intellektual mülkiyyət də məhsul ola bilər. Həm daşınmaz (torpaq, bina və s.), həm də daşınan (bütün digər məhsullar, həmçinin nəqliyyat vasitələri) əmlakı alıb-satmaq olar.  

Silah, dərman, zinət əşyaları və dövriyyədə məhdud şəkildə iştirak edən məhsulları xüsusi icazə çərçivəsində alıb-satmaq mümkündür.

Kimlər alqı-satqı müqaviləsi bağlaya bilər

Həm fiziki, həm də hüquqi şəxslər, həmçinin dövlət və bələdiyyə qurumları alıcı və satıcı qismində çıxış edə bilər.

Alqı-satqı müqaviləsi hansı formada bağlanır

Kağız sənədin mövcudluğu məhsulun kim tərəfindən satılıb, alınmasından asılıdır. Məhsul daşınmaz əmlak olduqda, bir və yaxud hər iki tərəf hüquqi şəxs olduqda və s. müqavilənin yazılı forması mütləqdir.

Alqı-satqı müqavilələrinin hansı növləri var:

  1. Pərakəndə alqı-satqı müqaviləsi.
  2. Təminat müqaviləsi.
  3. Dövlət və bələdiyyə ehtiyacları üçün məhsul təminatı müqaviləsi.
  4. Enerji tədarükü müqaviləsi.
  5. Daşınmaz əmlakın satışı müqaviləsi.
  6. Müəssisənin satışı müqaviləsi.

Bu müqavilələrin hər biri hüquqi xüsusiyyətlərə malikdir.

Son xəbərlər
Digər xəbərlər