“Amazon” “Google” və “Facebook”dan geri qalır

Bu gün “Amazon” yalnız ən bahalı marka deyil, həmçinin reklam bazarında ən perspektivli oyunçulardan biridir.

Şirkət təsadüfən rəqəmsal üçlükdə birinci yerə layiq görülməyib. “Amazon” digər gəlirləri 2017-ci ilin 3-cü rübündə 58%, 4-cü rübündə isə 60% artıb.

İnvestorlarla əlaqələr üzrə direktor Deyv Filds deyib ki, məhz reklam artımın əsasını təşkil edib. Onun sözlərinə görə, “Amazon” xidmətlərini daha faydalı etməyə və müştərilərə təklif etməyə çalışır. Xidmətlər dedikdə burda satıcı və tədarükçülər – istehlakçıların təcrübəsi və məhsulun çatdırılması nəzərdə tutulur.

Mütləq rəqəmlərdə isə “Amazon” rəqəmsal reklama görə, “Google” və “Facebook”dan geri qalır. Ötən ilin 4-cü rübündə bu rəqəmlər 1,7 milyard dollara qarşı müvafiq olaraq 27,3 milyard və 12,8 miyard dollar olub.

Analtik şirkətlərindən biri isə “Amazon”un rəqəmsal reklam bazarı ilə bağlı müsbət proqnoz verir. Belə ki, “eMarketer” analtik şirkətinin proqnozlarına görə, 2019-cu ildə “Amazon”un rəqəmsal reklam bazarı 2,4 milyard dollara çatacaq. Bu isə “Amazon”un bazarın 3-cü ən böyük oyunçusu anlamına gəlir. “JP Morgan” şirkəti isə hesablayır ki, internet nəhənginin reklamdan gəlirləri 2018-ci ildə 4,5 milyard dollara çatacaq.

“Digiday” yazır ki, “Citi”nin analtikləri isə daha comərd davranaraq proqnoz edirlər ki, “Amazon”un reklam satışları 10,2 milyard dollar artacaq.

“Kantar Media”nın məlumatına görə, Milad bayramı ərəfəsində “Amazon.co.uk” kontekst üzrə Böyük Britaniyada lider olub. Sayta 8,8% mobil kliklər vasitəsi ilə daxil olunub. 7,5%-i isə masaüstü kompüterlər ilə pərakəndə satış üçün açar sözlər üzrə olub. Şirkətin əsas reklam platforması isə “Amazon Marketing Services” hesab olunur. 2017-ci ilin oktyabr- dekabr ayları ərzində müştərilər reklam xərclərini 64% artırıb. Əgər iki il bundan əvvəl “Amazon”a sual verilirdi ki, ona nə üçün reklam biznesi lazımdır? Bu gün isə həmin suallara cavab artıq tapılıb. Gələcəkdə internet nəhəngi auditoriyaya lazım olan məhsulları bir nöqtədən almağa, axtarmağa imkan verən kütləyə qlobal giriş nöqtəsi olacaq.