21 C
Baku
Friday, April 26, 2024

Amazon iPhone-a “qatil” yaratdı

Amazon şirkəti Sietldə keçirilən mətbuat konfrasında yaratdığı Fire Phone adlı smartfonunu rəsmi olaraq təqdim etdi. Təqdimatı şirkətin yaradıcısı və baş direktoru Jeff Bezos şəxsən həyata keçirdi.

Smartfon Gorilla Glass şüşələri ilə qorunur və 4,7 dyumluq HD displeyə sahibdir. Bezosun bildirdiyinə görə smartfon bir əl ilə rahat istifadə ediləcək formada yaradılmışdır. O həmçinin smartfon yaradıcılarının dizaynının mükəmməl şəkildə yaradılmasına əhəmiyyətli dərəcədə çox zaman ayırmışlar.

Fire Phone Fire OS 3,5 sistemi ilə işləyir. Bu sistem şirkət tərəfindən Android əsasında yaradılmışdır. Smartfon Adreno 330 ilə təchiz olunub və 2gb yaddaşa sahibdir. Smartfon bundan əlavə 13 megapixelli kameraya sahibdir. Kameradan kitabların, DVD, telefon nömrələrinin, QR kodların, CD, URL və s.nin tanınması üçün istifadə etmək olar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər