Amazon işçilərinə ixtisaslarını artırmaq üçün 12 000 dollar təklif edib

Və işçilərinin yeni biliklərlə şirkəti tərk edəcəklərindən qorxmur.

  • Inc jurnalı işçilərinin yeni ixtisas və bacarıqlar əldə etmək üçün təlimlərini ödəməyə başlayan Amazon şirkətinin bu qərarı haqda məlumat verib. Şirkətin təsisçisi Ceff Bezos proqram haqqında səhmdarlara göndərilən illik məktubda xəbər verib.
  • Proqram Amazon Career Choice adlanır. Bezos yazır ki, “Amazonda bir ildən artıq saat hesabı işləyən işçilərə şirkət təlim haqqının 95%-ni, 12 min dollaradək olan məbləği ödəyəcək. Bu təlimlər səhiyyə, İT, nəqliyyat, mexanika kimi yüksək tələbat olan sahələri əhatə edəcək.
  • Təlimlərin ödənilməsindən əlavə, bəzi məşğələləri Amazon öz ərazisində təşkil dəcək.
  • Amazonda illik orta aylıq əmək haqqı 28446 dollar təşkil edir, bu isə Facebook (240 min dollar) və Google (200 min dollar) kimi digər texniki nəhənglərdən çox aşağıdır. Bu o deməkdir ki, Amazonda aşağı ixtisaslı əməklə məşğul olan işçilərin sayı çoxdur. Şirkət onlara ixtisaslarını artırmaq imkanı vermək istəyir.
  • Şirkətin top-menecmenti bildirib: “Biz insanlara, çox güman ki, karyeralarını Amazondan kənarda davam etdirməyə imkan verəcək təlimlər təklif edirik, lakin biz insanlara arzularını reallaşdırmağa kömək edə biləriksə, bunu etməliyik”.  Beləliklə, şirkət göstərir ki, arzularını reallaşdırmağa kömək edərək, hətta onların rəqib şirkətlərə keçəcəkləri riski olsa belə, işçilərinin qayğısına qalır. Bu, brendə olan sadiqlik və etibarı artırır.
  • Proqramda 10 ölkədə 16 mindən çox işçi iştirak etmişdir.
📝 RƏY BİLDİR