Amazon rəhbəri artıq dünyanın ən varlı insanı deyil

Banker.az xəbər verir ki, Amazon ticarət platformasının yaradıcısı Jeff Bezos şirkətin səhmlərinin enməsi nəticəsində Bloomberg Billionaire Index versiyasına əsasən dünyanın ən varlı şəxsi statusunu itirib.

10 avqust tarixində Amazon şirkətinin səhmləri 2,55% enib, Bezosun sərvəti isə 82,2 milyard dollara düşüb. Nəticədə biznesmen reytinqin üçüncü pilləsinə enib.

Bezosun reytinqdə gerilələməsi fonunda 90 milyard dollar sərvət ilə Microsoft rəhbəri Bill Gates öz liderliyini geri qaytarıb. İkinci pillədə isə ispan milyarder və Inditex qrupunun sahibi Amansio Orteqa qərarlaşıb. Orteqa isə 82,6 milyard dollara sahibdir.