16 C
Baku
Thursday, April 25, 2024

AMB: Bankların sayının həddən artıq olması problemlərə yol açır

“Avropada bankların sayının həddən artıq çox olması bazar iştirakçılarının rentabelliyinin aşağı düşməsinə və digər problemlərə yol açacaq”.

“İnterfax” agentliyinə istinadən xəbərə görə, bunu Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Mario Draqi bildirib.

“Buna baxmayaraq, bankların sayının çoxluğu da cari halda bank sektorunun gəlirliliyinin azalmasının əsas səbəblərindən biridir. İri inkişaf etmiş ölkələrdə uzunmüddətli faiz dərəcələri artıq iyirmi ildir enmir. Texnoloji yeniliklər, demoqrafik vəziyyət, gəlirlərin bərabərsizliyi və təhlükəsiz aktivlərin çatışmazlığı uzunmüddətli faiz dərəcələrinə təzyiqi azaldan faktorların yalnız bir hissəsidir”, – deyə M. Draqi qeyd edib.

APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər