AMB hərracda cəlb olunacaq manatın həcmini açıqladı

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirləcək depozit hərracının detalları açıqlanıb. 

Banker.az-a AMB-dən daxil olan məlumata görə, Azərbaycan Mərkəzi Bankı 9 iyun tarixində keçirləcək hərracda 200 mln. manat cəlb etməyi planlayıb. Bloomberg platformasında, hibrid formasında keçirləcək hərrac saat 11:00-11:15 radələrində baş tutacaq. 14 gün müddətində cəlb olunacaq vəsaitin faiz dərəcəsi 12,01%-14,99-dir.