18 C
Baku
Thursday, April 25, 2024

AMB hərraca çıxardığı notların 25%-ni satıb

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50200853S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 50 mln. manat, bir birinin nominal dəyəri 100 manat, tədavül müddəti 35 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-yə istinadən xəbər görə, hərraca 4 investor tərəfindən 4 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 12 375 600 manat (hərraca çıxarılmış notların 24,75%-i qədər) təşkil edib. Sifarişlər 98,5632 manat (14,9939%) – 99,7500 manat (13,0198%) qiymətində təqdim olunub.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98,5632 AZN (14,9939%), orta ölçülmüş qiyməti isə 98,5789 manat (14,8277%) olmaqla AMB tərəfindən müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 12 375 600 manat məbləğində müəyyən edilib.

Qiymətli kağzların ödəmə tarixi 29 mart 2017-ci ildir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər