13 C
Baku
Thursday, April 18, 2024

AMB hərracında növbəti rekord: milyard manata yaxın tələb oldu

Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.

19.02.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 992,4 mln. manat olub. Qeyd edək ki,AMB bu hərracda 250 mln. cəlb etməyi planlamışdı.

Məlumata görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Xatırladaq ki, bu indiyə qədər depozit hərraclarında ən yüksək göstəricidir.

Son xəbərlər
Digər xəbərlər