12 C
Baku
Friday, March 29, 2024

AMB informasiya təhlükəsizliyini gücləndirir

Azərbaycan Respublikası Mərkəzi Bankında informasiya təhlükəsizliyi üzrə ekspert xidmətinin cəlb edilməsi, həmçinin fiziki və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə mal və xidmətlərin satın alınması üzrə tender elan edir.

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı aşağıdakı lotlar üzrə açıq tender keçirir:

– 1-ci lot üzrə: informasiya təhlükəsizliyi üzrə ekspert xidmətinin satın alınması.

– 2-ci lot üzrə: yeni nəsil informasiya təhlükəsizliyi avadanlıqlarının alınaraq qurulması və fəaliyyətdə olan informasiya sistemləri ilə inteqrasiya edilməsi xidmətinin satın alınması.

– 3-cü lot üzrə: fiziki təhlükəsizliyin təmin edilməsi üzrə buraxılış-nəzarət və video-müşahidə sistemlərinin yenilənməsi.

– 4-cü lot üzrə: hədəflənmiş hücumların aşkarlanması xidmətinin satın alınması və informasiya təhlükəsizliyi üzrə lisenziyaların müddətinin uzadılması.

Tender təkliflərinin açılış proseduru 05 iyun 2018-ci il tarixində saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (AZ 1014, Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.

2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

– tenderdə iştirak üçün yazılı müraciət;

– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

– tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;

– iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

– Bakı şəhərində servis xidmətinin mövcudluğunu təsdiq edən məlumat (yalnız 2 və 3-cü lotlar üzrə);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

– iki nüsxədə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 20 iyul 2018-ci il tarixinədək qüvvədə olmalıdır). Xarici iddiaçılar tərəfindən tender təkliflərinin detallı şərhi və spesifikasiyaları İngilis və Rus dillərində də verilə bilər;

– tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada);

– iddiaçının müvafiq sahədə korporativ müştəriləri üzrə iş təcrübəsini əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu daxil olmaqla);

– İddiaçının ixtisas uyğunluğuna dair Əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar və sənədlər.

3. İddiaçı iştirak etdiyi hər bir lot üzrə tender təklifini və tender təklifinin bank təminatını 04 iyun 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 23 may 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.

4. İddiaçı tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına iştirak etdiyi hər bir lot üzrə 100 (bir yüz) manat məbləğində vəsait köçürməlidir: Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № AZ25NABZ01701190000000001944, m/h AZ74NABZ01451700000000001944, kod 501004, VÖEN 9900071001, SWIFT kod: NABZAZ2X.

5. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER, account № AZ25NABZ01701190000000001944.

6. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

7. Malların təchizatı və işlərin görülməsi müddəti:

– 1-ci lot üzrə: satınalma müqaviləsi imzalandığı gündən ən geci 90 (doxsan) iş günü ərzində təhvil verilməlidir.

– 2-ci lot üzrə: satınalma müqaviləsi imzalandığı gündən ən geci 5 (beş) ay ərzində təhvil verilməlidir.

– 3-cü lot üzrə: satınalma müqaviləsi imzalandığı gündən ən geci 50 (əlli) iş günü günü ərzində təhvil verilməlidir.

– 4-cü lot üzrə: satınalma müqaviləsi imzalandığı gündən ən geci 50 (əlli) iş günü günü ərzində təhvil verilməlidir. İnformasiya təhlükəsizliyi üzrə lisenziyaların növbəti 1 (bir) il müddətinə uzadılması təmin edilməlidir.

8. Qiymətləndirmə meyarları: qiymət və texniki amillər.

9. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində (1-ci lot üzrə, həmçinin İngilis dilində) tərtib edilmiş Tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Elvin Şahverdiyev (Təhlükəsizlik departamentinin əməkdaşı). Telefon: 493-11-22 (308), faks: 493-55-41, elektron poçt ünvanı: [email protected].

Tender komissiyası

Son xəbərlər
Digər xəbərlər