22 C
Baku
Thursday, April 25, 2024

AMB-nin not hərracı: Tələb təklifi 3 dəfə üstələdi

10 may 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100956S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 25 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Banker.az-a BFB-dan məlumat verilir.

Hərrac zamanı 5 investor tərəfindən 5 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 75,253,700.00 AZN təşkil etmişdir. Bu da hərracda tələbin təklifi 3 dəfə üstələməsi deməkdir.

Sifarişlər 98.8696 AZN (14.6998%) və 99.0448 AZN (12.3995%) qiymətində təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.9305 AZN (13.8993%), orta ölçülmüş qiyməti – 98.9944 AZN (13.0604%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 03.05.2017 (t+0) tarixində həyata keçirilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 25,000,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.

Notların ödəmə tarixi 07.06.2017-ci ildir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər