8 C
Baku
Thursday, March 28, 2024

AMB-nin not hərracında tələb təklifi yenə üstələyib

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının ümumi həcmi 150 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə BFB-dan məlumat daxil olub.

Hərrac zamanı 8 investor tərəfindən 10 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 171 922 400 manat təşkil edib. Sifarişlər 98,9609 manat (13,50%)-99,0749 manat (12,01%) qiymətində təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti emitent tərəfindən 98,9609 manat (13,50%), orta ölçülmüş qiymət 99,0459 manat (12,38%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, ntların nominal üzrə reallaşdırılmış həcmi 150 mln. manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 19 iyul 2017-ci ildir.

Son xəbərlər
Digər xəbərlər