12 C
Baku
Friday, March 29, 2024

AMB-nin notlarına tələb təklifi 2,5 dəfəyə yaxın üstələyib

7 fevral 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100667S dövlət qeydiyyat nömrəli, 150 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 23 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 414 021 500,00 AZN olub. Bu da hərracda tələbin təklifi 176% üstələməsi deməkdir.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 150 000000 AZN təşkil etmişdir.

Qeyd edək ki, notların ödəmə tarixi 07.03.2018-ci ildir.

Son xəbərlər
Digər xəbərlər