23 C
Baku
Saturday, April 20, 2024

AMB portfel investisiyaları üzrə öhdəliklərin artımının səbəblərini açıqlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-sentyabr ayları üzrə tədiyyə balansında portfel investisiyaları maddəsi üzrə öhdəliklərin artımının səbəblərini açıqlayıb.

Mənbənin sorğusuna cavab olaraq AMB-dən bildirilib ki, 2017-ci ilin yanvar-sentyabr ayları üzrə tədiyyə balansında portfel investisiyaları maddəsi üzrə 2 mlrd. 768.2 mln. dollar məbləğində öhdəliklərin artımı qeydə alınıb.

Mərkəzi Bankdan qeyd ediblər ki, 2017-ci ilin 9 ayı ərzində tədiyyə balansında neft-qaz sektoru üzrə öhdəliklərin xalis artımı 942,4 mln. dollar olub: “Bu neft-qaz sektoru üzrə xaricdə qiymətli kağızların yerləşdirilməsi və xaricdə yerləşdirilmiş avrobondlar üzrə öhdəliklərin azaldılması nəticəsində formalaşıb”.

AMB-dən onu da əlavə ediblər ki, 2017-ci ilin 9 ayı ərzində tədiyyə balansında digər sektorlar üzrə öhdəliklərin xalis artımı 1 mlrd. 825,8 mln. dollar olub: “Bu borc qiymətli kağızların (dövlət sektoru) xaricdə yerləşdirilməsi və xaricdə yerləşdirilmiş avrobondlar üzrə öhdəliklərin azalması nəticəsində formalaşıb”, – deyə məlumatda vurğulanıb.

MənbəAPA
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər