18 C
Baku
Wednesday, April 24, 2024

AMB tenderin qalib şirkətlərini açıqladı

Azərbaycan Mərkəzi Bankı bir neçə qalib şirkətin adın açıqlayıb.

Belə ki, AMB -nin Mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında quraşdırılmış yanğınsöndürmə qurğularına, sistem və avadanlıqlarına texniki xidmətin satınalınması (lot 1), Mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında istismar olunan isitmə-soyutma-havalandırma, su-kanal sistem və avadanlıqlarına texniki xidmətin və müvafiq sahəyə uyğun zəruri iş və mal-materialların satınalınması (lot 2), Mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında quraşdırılmış elektrik avadanlıqlarına texniki xidmətin və elektrik mallarının satınalınması (lot 3) və AMB-yə məxsus nəqliyyat vasitələrinə texniki xidmətin satınalınması (lot 5) ilə əlaqədar elan edilmiş açıq tender üzrə Tender Komissiyasının 16 mart 2018-ci il tarixli qərarı ilə lot 1 üzrə “Safe Life” MMC, lot 2 üzrə “İNPEKS.N” MMC, lot 3 üzrə“İNPEKS.N” MMC və “BLG” MMC və lot 5 üzrə “İnter Kontinental” firması qalib elan edilmişdir. Qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər