19 C
Baku
Tuesday, April 16, 2024

AMEA-da vitse-prezidentlərin sayı artırılıb – SİYAHI

Akademiyanın Rəyasət Heyətinin tərkibi və akademik-katiblər müəyyənləşib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında yeni vitse-prezidentlər seçilib.

“Report” xəbər verir ki, AMEA-nın prezidenti Akif Əlizadə vitse-prezidentlərin sayının üç nəfər artırıldığını diqqətə çatdırıb.

Belə ki, akademik Nərgiz Paşayeva həm AMEA Rəyasət Heyətinin yeni üzvü və təhsil sahəsi üzrə vitse-prezident seçilib. İradə Hüseynova biologiya sahəsi üzrə Rəyasət Heyətinə həm üzv seçilib, həm də vitse-prezident olub. AMEA-nın müxbir üzvü Bilal Bilalov isə Rəyasət Heyətinin üzvü və vitse-prezident vəzifəsini icra edən seçilib.

AMEA-nın əvvəlki vitse-prezidentləri – akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyev öz vəzifələrini yenə də icra edəcəklər.

Bundan başqa, səsvermə nəticəsində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov, Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik-katibi Nazim Məmmədov, Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov, Kimya Bölməsinin akademik-katibi Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova, Humanitar Elmlər Bölməsinin akademik-katibi isə Teymur Kərimli olub.

Son xəbərlər
Digər xəbərlər