17 C
Baku
Friday, April 19, 2024

AMFA İslam inkişaf bankı ilə əməkdaşlığa başladı

Azərbaycan  Mikromaliyyə Assosiasiyası İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Qadın sahibkarların planlaşdırma bacarıqlarının inkişafı vasitəsilə həvəsləndirilməsi “ layihəsinə start vermişdir. Layihə  Azərbaycan Respublikasının Sahibkarlar Konfederasiyasının xüsusi dəstəyi nəticəndə ərsəyə gəlmişdir.  Layihə respublikada qadınların iqtisadiyyatın inkişafında  iştirakını təmin edən imkanları bütünlükdə dəstəkləyən Yoxsulluğun Azaldılması və Qeyri Neft sektorunda  İqtisadiyyatın inkişafı   Dövlət  proqramı ilə uyğundur .

Layihənin əsas məqsədi Azərbaycan qadınlarının  iqtisadi cəhətdən fəal vətəndaş kimi cəmiyyətdə iştirak etməsinə mane olan çətinlikləri aradan qaldırmaq, cari və potensial müştərilər kimi onların yaşayış standardlarını yaxşılşdırmaq və istədikləri həyatı əldə etmək üçün bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Son xəbərlər
Digər xəbərlər