11 C
Baku
Saturday, May 11, 2024

“Amrah Sığorta” ili mənfəətlə bitirə bilib

Mediada adı daha az rastımza gəldiyi “Amrah Sığorta” ASC  2017-ci ilə dair audit hesabatını açıqlayıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu barədə Sığorta Şirkətinin yaydığı məlumatda qeyd edilir.

Hesabata görə, ötən ilin 4 rübü ərzində cəmi 1,26 mln. manat əldə edib ki, bu da hesabat dövründən öncəki illə müqayisədə 2 dəfə az olması deməkdir. Lakin, Sığorta Şirkəti ötən il ərzində xərclərini optimallaşdıraraq azaldmaqla 765 min manat təşkil edib. Beləliklə, “Amrah Sığorta” ötn il ərzində 496 177 manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, “Amrah Sığorta”nın cəmi kapitalı 5,97 mln. təşkil edir ki, bunun da 967 min manatı bplüşdürülməmiş mənfəət və qalanı nizamnamı kapitalıdır.

Hazırda Şirkətin cəmi aktivləri 6,73 mln. manatdan çoxdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər