“Amrahbank” əmanət faizlərini daha cəlbedici edib

Azərbaycanda yeganə ərəb kapitallı bank olan “Amrahbank” ASC-yə məxsus iki depozit məhsulunun fazilərni artırıb.

Banker.az xəbər verir ki, bunlar “Lider əmanət” və “Güvən əmanəti”dir.

“Lider əmanət”in faizləri illik ödəniş faizi 9,5%-dən 12,2%-ə qədər artırılıb. Bildirək ki, bu məhsulun cəlb olunması üşün minimal məbləğ 500AZN, maksimal üçün isə məhdudiyyət yoxdur.

Bankın saytına istinadən, bu depozit məhslunun üstünlüyü faiz gəlirlərinin əmanətin müddətinə uyğun seçilməsi məbləğinin 90%-i qədər təcili kredit xətti AZN/USD/EUR əmanətlərinin ADİF tərəfindən sığortalanması, hesabı üçüncü şəxsin adına açmaq imkanı, pulsuz plastik kart, yüksək faiz gəlirləri Muqavilə müddətinin sonunadək əsas məbləğin istənilən hissəsini vaxtından əvvəl məxaric etmək imkanı. Əsas məbləğin qalıq hissəsinə müqavilə şərtlərində qeyd olunan faizlərin hesablanmasıdır. Digər üstünlük isə müştəri, özünün cari hesabına bağlı olan pulsuz plastik kart alır və əmanət üzrə hesablanan faizləri və anka gəlmədən plastik kart vasitəsilə ATM-lərdən çıxarmaq imkanı qazanır.

“Güvən əmanəti” faizi də artırlaraq 9,5%dən 11,2%-ə qədər artırılıb.

Xatırladaq ki, “Amrahbank”ın depozit məhsullarının ümümi sayı fiziki şəxslər üçün 3 və hüqui şəxslər üçün 1 ədədir. Bankın ilin ilk rübündə əmanətlərin həcmnin 143 517 850,58  manat olduğunu açıqlayıb, bu da illik xeyli artımın olması deməkdir.

📝 RƏY BİLDİR