Amrahbank bu yay pul köçürmə xidmətlərindən istifadə edənləri sevindirəcək

Amrahbank bu yay pul köçürmə xidmətlərindən istifadə edən müştərilərini mükafatlandıraraq, pulsuz ünsiyyət dəqiqələri ilə sevindirəcəkdir.

Belə ki, yay mövsümü ərzində “Amrahbank”ın filiallarından 1000 AZN və daha çox məbləğ ekvivalentində pul köçürən və ya alan hər bir müştəri istədiyi üç mobil operatorun  birindən pulsuz danışıq dəqiqələri qazanacaqdır. Pulsuz danışıq dəqiqələri köçürülən və ya alınan məbləğə müvafiq təyin ediləcəkdir. Kampaniya 01.09.2018-ci il tarixinədək davam edəcəkdir.

Amrahbank  əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank Western Union, Contact, Zolotaya Korona, Monex sistemləri ilə beynəlxalq və yerli pul köçürmələri həyata keçirir.

Hörmətli müştərilər!
Bu yay “Amrahbank”la başqa bir yay olacaqdır!!!!
Amrahbank: Sizə açıq və aydın bank!