16 C
Baku
Thursday, March 28, 2024

“Amrahbank” yeni 24/7 rejimində fəaliyyət göstərən yeni filialının qapılarını müştərilərinin üzünə açdı

“Amrahbank”ın Səbail rayonu, Xaqani küçəsi 31 ünvanında yerləşən 24/7 rejimli Express filialı fəaliyyətə başladı. Bu məqsədlə təşkil olunmuş açılış mərasimində Müşahidə Şurasının üzvü cənab Fazil Hüseynov, Müşahidə Şurasının müşaviri cənab Ülvi İldırmzadə,  İdarə Heyətinin Sədri vəzifəsini icra edən xanım Leyla Məmmədbəyli, İdarə Heyətinin üzvləri, bankın əməkdaşları, qonaqlar, müştərilər iştirak edirdilər.

Açılış mərasimində çıxış edən İdarə Heyətinin Sədri v.i.e. Leyla xanım Məmmədbəyli bildirdi ki, “Amrahbank” ın yeni qəbul olunmuş modern inkişaf strategiyasına müvafiq olaraq açılan Express filialı bankın tarıxində ilk dəfə olaraq 24 saat, 7 gün rejimində fəaliyyət göstərəcəkdir. Hesab edirik ki, açılan yeni filialımız təkcə paytaxtımızın sakinlərini deyil, eyni zamanda şəhərimizin qonaqlarını və turistlərinin də rahatlığını təmin edəcəkdir.

Mərasimdə çıxış edən qonaqlar və bankın əməkdaşları açılış ilə bağlı öz ürək sözlərini bildirdilər, yeni filialın fəaliyyətinə uğurlar arzu etdilər.

Nəzərinizə çatdırırıq ki, “Amrahbank”ın 24/7 rejimli Express filialı, şəhərin ən qaynar yerlərindən birində, Axundov adına Milli Kitabxananın qarşısında yerləşir. Yeni filialda müştərilər bütün növ bank xidmət və məhsullarından faydalana biləcəklər.

25 ildir ölkəmizin maliyyə bazarında uğurla fəaliyyət göstərən Amrahbank, Azərbaycanın ən aparıcı banklarından biridir və  hal-hazırda 22 filiali, bir şöbəsı ilə fəaliyyət göstərir.

Amrahbank: Sizə açıq və aydın bank!

Son xəbərlər
Digər xəbərlər