15 C
Baku
Saturday, April 20, 2024

“Amrahbank”a etibar edənlər artır: Əmanət portfelini bir qədər də böyütdü

“Amrahbank” ASC ilin ilk fəsli ərzində müştəri tərəfindən cəlb edilən əmanətlrinin həcmini bir qədər də artırıb.

Banker.az xəbər verir ki, bu barədə Bankın yanvar-mart ayları üzrə rüblük hesabatında deyilir.

Hesabata görə, ilin əvvəli ilə müqayisədə 2%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 13% artırararaq depozit portfelini 142,25 mln manatdan çatdırıb. Əlavə olaraq bildirək ki, bu bank ən yüksək faizlə əmanət qəbul edən bankların sirasındadır. Gedişat bunu göstəri ki, bank qarşıdan gələn üç rüb ərzində də bu siyasətini davam etdirib portfelini daha da böyüdəcək.

Bankın digər müsbət göstəricisi, digər banklar qarşısında olan öhdəliyin 5 dəfə azaltmasıdır. Belə ki, ötən ilin analoji dövrü ilə müqayisədə azaldaraq 13,41 mln. manata düşüb. Bu azalma bankın cəmi öhdəliklərinə də təsir edərək 161,22 mln. manata kimi endirib.

“Amrahbank”ın cəmi aktivləri 198,32 mln. manat təşkil edib. Bu da ötən illə müqayisədə azalma deməkdir. Aktivlərə əsas təsir amili kimi kredit portfelindəki əsaslı azlmanı göstərmək olar. Bankın kredit portfeli 22,95 mln. manat kiçilərək 89,55 mln. manata düşüb.

Bankın cəmi gəlirləri xərclərini qarşılaya bilməyərək ilin ilk rübünü zərərlə bitirib. Belə ki, 3 ay ərzində 5,38 mln. manat zərər keçib.

Son xəbərlər
Digər xəbərlər